KXCP bələdiyyə seçkilərinə namizədlərini müəyyənləşdirir

KXCP İdarə Heyətinin toplantısı keçirilib. İclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul  edilib. Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işləri qiymətləndirib, bələdiyyə seçkiləri, vətəndaş cəmiyyətinin vəziyyəti və cari məsələlər müzakirə edilib. Bələdiyyə seçkilərinə hazırlıqla bağlı Mərkəzi Seçkin Qərargahının (MSQ) sədri Bəybala Əbilin məlumatı dinlənilib. MSQ-nın təlimatına uyğun bələdiyyələrə namizədlərin verilməsi, şöbələrin seçki qərargahlarının zəruri sənədlərlə vaxtında təmin edilməsi və digər məsələlər müzakirə, uyğun qərarlar qəbul edilib. KXCP təşkilat şöbəsinə və digər əlaqədar qurumlara tapşırıqlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00