İordaniya səfiri səylərini əsirgəməyəcək
4 Noyabr 2014 18:15 SiyasətAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi qəbul edib. XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında səfir etimadnaməsinin surətini nazirə təqdim edib. E.Məmmədyarov səfirə yeni diplomatik fəaliyyətində uğurlar arzulayıb. Səfir N.İ.Məhəmməd Əl-Habaşneh ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00