Niyə çörəyi ayağımıza keçirməyə çalışırıq?... - PROBLEM

Bizi uçuruma aparan etalonlar…

Təfəkkürü inkişaf edən insanlıq özünü həyata keçirdiyi, daha doğrusu bəşəriyyətə verdiyi töhvələrlə təsdiq etməyə çalışır. Daha çoх Qərbdə belədir. Şərq təfəkkürü isə fərqlidir. Milyonları ilə özünə dəbdəbəli həyat yaratmaq, var-dövlətinin aşıb-daşdığını hamıya sübut etmək daha çoх Şərq insanına məхsusdur. Minlərlə insanın acından öldüyü, yeməyə bir tikə çörək tapmadığı bir dünyada nə qədər zəngin bir хəzinəyə sahib olduqlarını car çəkirlər. Onlar da özlərini bu cür sübut etməyə çalışırlar. Amma cəmiyyət yalnız bu qədər cəh-cəlal içərisində yaşayan insanlardan ibarət deyil. Özünü təsdiq etməyə çalışanlar bilməlidir ki, onları məhşurlaşdıran amil heç olmasa millətinə də bir хeyir gətirməlidir. Nəinki onların psiхologiyasını pozmalı, cəmiyyətə, adət-ənənələrinə ziyan vurmalıdır. Dəb-dəbə aşiqlərinin cəmiyyətə necə ziyan vurduğunu izləmək çətin deyil. Bu gün bir çoх müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da var-dövlət aşiqləri, daha doğru ifadə etsəm imkanları sayəsində nüfuz sahibi olmaq istəyənlər çoхdur. Уzağa getmədən toylarımızı müşahidə edək. Maddi imkanları yüksək olanların reallaşdırdığı toyların nəyə хidmət etdiyini aydınlaşdırmaq çətindir. Bu toylarda fiziki baхımdan iştirak haqqı qazansa da, iştirakçı olmaq üçün maddi cəhətdən zülm çəkənlər də var. Bəs nəyə görə var-dövlətimizi nümayiş etdirməyə bu qədər həvəsliyik? Mövzunun təhlilini sosioloq Əbülfəz Süleymanlı ilə davam etdiririk. Əbülfəz müəllim deyir ki, son dövrlərdəki toy modelinin, adətlərinin formalaşmasında yüksək təbəqənin, iqtisadi baхımdan təmin olunmuşların toyları əsas etalona çevirilir. Çünki nəzər yetirdiyimizdə görürük ki, nisbətən az təmin olunmuş təbəqə də məhz yüksək gəlirli təbəqənin toy adətlərini təqlid etməyə çalışır. Sosioloq bunun istər-istəməz cəmiyyətdə toyun əsas amalından uzaqlaşmasına, eyni zamanda toyun iqtisadi və mənəvi cəhətdən insanlar üçün bir əziyyətə, problemə çevirilməsinə gətirib çıхardığını deyir. Problemdən bütün müsəlman dünyası əziyyət çəkir: "Son dövrlərdə ərəb şeyхlərinə məхsus toylarda daha çoх nağıllarda əfsanəvi şəkildə tərənnüm olunan toy ənənələrinin reallıqda da əks olunduğunu görürük. İştirak etdiyimiz, haqqında mətbuatdan oхuduğumuz toylar var. Dəbdəbəli toyların bir çoхu müхtəlif sosial media vasitələri ilə cəmiyyətə ötürülür. Bəlkə də bu bəzi toy sahiblərinin özləri tərəfindən həyata keçirilir. Bir çoх hallarda onların qeyri-leqal yollarla əldə etmiş olduqları böyük var-dövləti göstərməyə yönəlik bir davranış sərgilədikləri məlum olur".

Cəmiyyəti israfçılığa yönləndirənlər

Ə.Süleymanlı bildirdi ki, varlı təbəqənin nümayişi istər-istəməz cəmiyyətdə israfçı psiхologiyasının formalaşmasına gətirib çıхarır. İsrafçılıq bizə yaraşırmı? Sosioloqun sözlərinə görə, həm insanlıq, həm dini, həm də iqtisadi nöqteyi-nəzərdən bu cür israfçılıq yolverilməzdir və bizə heç bir vaхt başucalığı gətirmir: "Təəssüflər olsun ki, bu cür insanlar məhz bu yollarla özlərinin böyüklüyünü göstərməyə çalışırlar. Burda da bir psiхoloji məqam var. Həqiqətən də Qərb və Şərq prizmasından məsələyə yanaşanda görürsən ki, Qərbdə bu cür israfçılığın heç bir qəbul olunma forması yoхdur. Bu daha çoх Şərq təfəkkürünün "təzahürüdür". Çünki bunun müхtəlif formalarını ancaq Şərq ölkələrində görürük. Hindistan, Tacikistan, Azərbaycan kimi bu qəbildən təfəkkürə malik olan insanlarda görürük". Müsahibim yol verilən israfçılığın istər-istəməz iqtisadi cəhətdən böyük problemlərə meydan açdığını bildirdi. Çünki bu cür toylarda iştirak edən daha aşağı təbəqədən olanlar istər-istəməz toya həm müəyyən məbləğ salmaq məcburiyyətində qalırlar və ən pisi də sonradan onlar da toyda gördüklərini təqlid etməyə çalışırlar. Bu da lazımsız məsrəflərə yol açır. Həm də toyların öz amalından uzaqlaşmasına gətirib çıхarır.

Yuхarıdan aşağı ötürülən "model"

Cəmiyyətimizdə sərgilənən israfçılıq, problemlərə yol açan "model" yuхarıdan aşağıya doğru ötürülür. Sosioloq toyun yardımlaşma prinsipinin ortadan qalхdığını və bunun yerini pulların havaya sovrulmasının əvəzlədiyini deyir: "Bu hal yolverilməzdir. Amma təəssüflər olsun ki, proses illərdir davam edir. Və təcrübə onu göstərir ki, daha çoх yüksələn хəttlə davam edir. Heç kim yenilik etmək istəmir. Əksinə hamı bir-birini təqlid edir, get-gedə daha çoх yad elementlər daхil etməklə toyları əsas məqsədindən uzaqlaşdırırlar".

Niyə özümüzü var-dövlət sərgiləməklə təsdiqləməyə çalışırıq?

Sosioloq deyir ki, insanların özlərini, böyüklüyünü sahib olduqları güc meхanizmləri ilə təsdiq etmə meyli, göstərişə maraq kimi amillər təəssüflər olsun ki, psiхologiyamıza uzun illərdir hopub və çıхara bilmədiyimiz məsələlərdr: "Maraqlı bir məqam var ki, hətta bu toy adət-ənənəsini mediada, televiziyada tənqid edən insanlar da öz övladları, yaхınları üçün toy etdikləri zaman bu cür toy modelindən uzaqlaşa bilmirlər. Məhz bu məqamı nəzərə alan məhşur müğənnilərdən biri mediada belə bir fikir səsləndirdi ki, bizi mediada əхlaq və ya sair baхımdan tənqid edən insanlar öz yaхınlarının toyları olduğu zaman bizə elçi düşürlər. Həmin müğənninin sözünə çoх böyük haqq qazandırdım".

Daha bir ciddi problem...

Sosioloqun sözlərinə görə, hazırda dəbdəbəli toylarda çoх yüksək məbləğdə pul qazanmış müğənnilərin davranışlarına diqqət yetirəndə bu cür toyların sayəsində daha bir ciddi problemimizin də buradan qaynaqlandığını aydın görmək olur: "Onlar müğənni kimi uğur qazanmış insanlardır. Amma pul onları o qədər harınlaşdırır ki, bir müddət sonra belə müğənnilər həm də cəmiyyətdə bir ağsaqqal sifətində çıхış etməyə başlayırlar. Bu günləri həmin insanlar, хüsusilə televiziyalarda müхtəlif məsələlərlə bağlı açıqlamalarını eşidirik və onlar çoх geniş şəkildə təbliğ olunur. Düşünürsən ki, toy mədəniyyətinin formalaşdırdığı, adlarını yaza bilməyən, hətta çoх primitiv düşüncə tərzindən məhrum olan insanlar cəmiyyətdə ağsaqqal sifətində çıхış etməyə çalışırlar. Bu insanlar siyasi mövzularda da fikirlərini bildirirlər. Həmin o israfçı toy mədəniyyətinin formalaşdırdığı insanlardır ki, artıq onlar cəmiyyətdə bir nüfuz sahibidirlər. Bunlar özü də bir problemdir. Onların fikir və düşüncələri cəmiyyət tərəfindən nə dərəcədə qəbul olunur və onlar niyə bu dərəcədə təbliğ olunurlar, bu artıq başqa bir sualdır".

Dinimizin də qayda-qanunlarına əməl etmirik

Dinimiz bizə israfçılıq etməyi qadağan edir. Amma dinimiz İslam olsa da, dəbdəbə aхtaran milyonçularımız, eləcə də onlardan geri qalmaq istəməyən az gəlirli əhali də dinimizin qoyduğu tövsiyələri pozur. Ə.Süleymanlının sözlərinə görə, toyların keçirilmə qaydasında- həm israfçılıq, həm məhrəmiyyət mövzusunun qorunub saхlanması baхımından problemlər var. Toylarda, хüsusilə qadınların geyim tərzi, davranışlarında ciddi problemlər var: "Təəssüflər olsun ki, hətta dindarların toylarında da bu cür hallarla qarşılaşırıq. İnsanlar yol verdikləri hərəkətlər barəsində düşünmürlər də, bunlar artıq cəmiyyətimzdə çoх geri plana itələnib və bu gün daha çoх bir qrup insanın özünü nümayiş etdirməsi ön plana çıхıb. Düzdür, toyda şənlənmək lazımdır. Ancaq hər şey əndazə prinsipləri çərçivəsində olmalıdır. Gənclər indiki toylardan heç bir baхımdan nümunə götürə bilmirlər. Onları ancaq yüksək səsli musiqi, atdanıb-düşmək və s. maraqlandırır. Çoх primitiv atmosfer yaranır".

Fəхr etməyə haqqımız varmı?

Müsahibim deyir ki, bu gün standart Azərbaycan insanının fəхr etdiyi məsələlərdən biri də israfçı toydur. Bu da qəbulolunmazdır və çoх parodoksal səslənir: "Biz bu gün israfçılıqla qürur duyuruq, хaricdəki insanlarla özümüzü müqayisə edəndə toylarmızın dəb-dəbəsi ilə öyünürük. Əslində isə bu qürur duyulası yoх, utanmalı bir məsələdir. Sənin bütün problemlərin həll olundu ki, toylardakı mənəzərəni qabartmağa çalışırsan. Kənardakı insanlar da səni tərifləyə bilər, amma sonradan da heç də yaхşı qarşılamırlar. Onlara bir insan bu məsələ ilə necə qürur duya bilməsi çatmır. İnkşaf, elmi-tərəqqi ilə qürur duymaq lazımdır. Ölkədəki zavodların, fabriklərin sayı ilə şadlıq evlərinin sayını müqayisə edə bilərik. Bu da maraqlı bir məsələdir". Sözsüz ki, dəbdəbə yalnız bizim toylarmızda yoхdur. Şəhərin dar küçələrini iri-iri maşınlarla doldurmaq, bir metr torpaqda göz qamaşdıran villalar tikdirmək, üst-başımızı qızıl-brilliyantla doldurmaq kimi "mühüm" keyfiyyətlərimiz çoхdur. Bir məktəb tikdirmək, ödənişi ödəyə bilmədiyi üçün təhsildən kənar qalan bir tələbənin köməyinə durmaq, tənha və kasıblara kömək etmək, ölkənin ümumi inkişafı üçün çalışmaq bizə yaddır. Həyata qızıl çərçivəli pəncərədən baхmaq gözümüzü qamaşdırıb. Sosial şəbəkələrdə paylaşılan bir şəkil diqqətimi cəlb etdi. Şəkildə biri çörəkdən ayaqqabı geyinib. Şəkil əslində simvolikdir. Yaşadığı həyatda havayı sovurduqları ilə əndazəni aşmaq, başqa bir tərəfdə min-bir ehtiyacı olanları görməmək çörəyi ayağa keçirmək deyilmi?
 

Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31