Nəqliyyat

Bağlanmış bu yol axşam açılacaq

29 Aprel 2018 16:36

Heydər Əliyev prospektinin metronun "Koroğlu" stansiyasının qarşısından Sabunçu körpüsü istiqamətində olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sürücülərdən qeyd edilən istiqamətdə hərəkət edərkən bu amili nəzərə almaları xahş olunur.

Bakı-Naxçıvan aviareysi təxirə salındı

8 Aprel 2018 20:17

Təyyarə havaya qalxarkən quş ilə toqquşub Bakı-Naxçıvan aviareysi təxirə salınıb. Bunu “Azərbaycan HavaYolları” QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.

DİQQƏT - Şəhərdə tıxac var

19 Mart 2018 09:30

Bakıda keçirilən Novruz şənlikləri ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində tıxaclar yaranıb. Hazırda həm şəhərin mərkəzinə Azneft dairəsindən daxil olan yolda, həm də Nobel prospekti istiqamətində avtomobillərin sıxlığı müşahidə olunmaqdadır.

Martın 19-da bu yollar bağlı olacaq - SİYAHI

17 Mart 2018 21:11

Martın 19-da keçiriləcək Novruz bayramı şənlikləri ilə əlaqədar Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, martın 19-da səhər saatlarından Bakı-Ələt magistralının 14-cü kilometrliyindən, "20-ci sahə" dairəsindən, Bayıl qəsəbəsindən, Bayraq Meydanı ətrafından, "Dalğa Plaza" inzibati binasının yanından paytaxtın Azneft dairəsi, Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulmaqla istiqamətlər dəyişdiriləcək.

Sabah Yol polisi qadın sürücüləri təbrik edəcək

7 Mart 2018 21:25

Hər il olduğu kimi bu il də Bakı Şəhər Dövlət Yol Polisi qadın sürücüləri, eləcə də yol hərəkəti iştirakçılarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edəcək. Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Fevralın 26-da Bakıda bu yollar bağlanacaq

24 Fevral 2018 16:53

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyəti tərəfindən abidənin yerləşdiyi, uzunluğu 1050 metr olan parkda son hazırlıqlar yekunlaşıb. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, hər il olduğu kimi bu ildə Xocalı abidəsinin önünə güllər düzülüb: “Parkda Xocalı soyqrımının anım günü üçün işlər demək olar ki, yekunlaşıb. Artıq bir neşə gündür müxtəlif idarə və müəssisələrdən insanlar, ümumtəhsil və səhiyyə müəssisələrindən, bağçalardan kollektiv şəkildə uşaqlar və böyüklər abidəni ziyarət etməyə gəlirlər. Biz onların rahatlığı üçün zəruri şəraiti yaratmışıq".

“Ayıq sürücü”nün müştəriləri satması iddiasına DYP-dən cavab - VİDEO

4 Fevral 2018 15:19

Sosial şəbəkələrdə yayılan bir görüntü ayıq sürücü xidməti göstərən şəxs və şirkətlərin yol polisi ilə əməkdaşlığı məsələsini gündəmə gətirib.  “Xəzər Xəbər” məsələni araşdırıb. Həm yol polisi, həm də ayıq sürücü şirkətləri məsələyə münasibət bildiriblər.