Yusif Səfərov küçəsində hərəkət tam və ya qismən məhdudlaşdırılacaq

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Xətai rayonu Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 30 aprel 2018-ci il tarixində adı çəkilən ünvanlarda axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

"OLAYLAR" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.      

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31