Nəqliyyat
Metroda bunu etmək QADAĞANDIR!
Avtobuslarda, dayanacaqlarda dilənçilik edən insanları görməyə öyrəşsək də, metroda bu kimi hallarla rastlaşmağa alışmamışıq. Lakin son günlərdə, metro stansiyaların ətrafında, bəzən də qatarlarda insanların dilənçilik etdiyinin şahidi oluruq. Onların arasında xüsusilə azyaşlı uşaqlar diqqət çəkir. Bəs görəsən qanunla metropolitendə bu kimi hallara yol verilirmi?
Daha bir qurum fəaliyyətini dayandırdı
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası öz fəaliyyətini dayandırıb. Bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib. Məlumatda bildirilib: "Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 12.01.2018-ci il tarixli 1785 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası öz fəaliyyətini dayandırıb.
Yol polisindən sürücülərə hava – XƏBƏRDARLIĞI
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda gözlənilən dumanlı və çiskinli hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər havanın dumanlı və çiskinli olacağını nəzərə alaraq ictimai nəqliyyatdan istifadəyə üstünlük verməlidir, yol və meteoroloji şəraiti nəzərə almağı bacarmalıdır, sürət həddi minimuma enməlidir, ara məsafəsi normadan artıq saxlanmalıdır.
Sürücülərə ŞAD XƏBƏR: 40 manatlıq cərimə LƏĞV EDİLDİ
Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə tətbiq edilən 40 manat cərimə ləğv edilib. Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliyi təsdiqləyib.
Gəmilərin ilkin dövlət qeydiyyatı asanlaşdırıldı
Azərbaycanda gəmilərin ilkin dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin sayı azaldılıb. Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları"nda dəyişiklik edib. Dəyişikliyə əsasən, gəmilərin ilkin dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin sayı 13-dən 11-ə enib. Bundan sonra gəmilərin ilkin qeydiyyatı üçün gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə və gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə və notariat qaydasında təsdiq edilmiş surəti tələb olunmayacaq.
Azərbaycan 4 ölkə ilə nəqliyyat dəhlizi yaradır
Türkmənistan Məclisi noyabrın 25-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə beş ölkəni birləşdirən “Lyapis lazur” nəqliyyat dəhlizinin yaradılması barədə sazişi ratifikasiya edib. Saziş noyabrın ortalarında Aşqabadda Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə XİN-in yüksək vəzifəli şəxsləri səviyyəsində imzalanıb. İmzalama mərasimi Əfqanıstan üzrə VII İqtisadi əməkdaşlıq regional konfransı çərçivəsində baş tutub.
Binəqədidə bu yolda təmir başlayır - SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ
Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal Paşayev küçəsində sabahdan yenidənqurma işlərinə başlanılacaq. “Azəravtoyol”ASC-dən verilən məlumata görə, işlərə ilkin olaraq yol ayrıcında (yolun ortasında) yerləşən yüksək gərginlikli işıq dirəklərinin sökülərək xətlərin yerin altına keçirilməsi ilə başlanılır.
Bakı Nəqliyyat Agentliyindən sərnişindaşıma şirkətlərinə XƏBƏRDARLIQ
Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara qış mövsümü ilə bağlı xəbərdarlıq məktubu göndərilib. BNA-dan verilən məlumatda bildirilir ki, daşıyıcılar “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 141 nömrəli Qərarına və Bakı Nəqliyyat Agentliyinin tələblərinə əsasən, müntəzəm sərnişindaşımaları müvafiq normativ aktlara uyğun olaraq təşkil etməlidirlər.
“Açıq Hökumət Məlumatları” portalının yeni versiyası təqdim olundu
Astarada torpaq sürüşməsi nəticəsində yollardan biri qismən bağlandı
Astarada torpaq sürüşməsi nəticəsində dağ kəndinə gedən yol qismən bağlanıb. Astarada Təxtənəkəran-Toradi yolunun Hamuşam kəndi ərazisindən keçən hissəsində dağdan ovunub gələn torpaq layı yolu bağlayıb. Sakinlərin sözlərinə görə, yolun bir zolağı ağır texnika vasitəsi ilə təmizlənib.
Azərbaycana 9,3 mln. dollarlıq avtobus gətirilib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 138 ədəd avtobus idxal edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu sayda avtobusların ümumi dəyəri 9 281,2 min ABŞ dolları təşkil edib.
Bu sürücülər bazar ertəsindən cərimə ediləcək — Bir gün vaxt qaldı
Nömrəsində defis olan avtomobilin sürücüsü 50 manat cərimə olunacaq. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə verdiyi bir ay vaxt noyabrın 12-də başa çatır. Söhbət avtomobolin dövlət nömrə nişanında defis işarəsinin olmamasına görə cərimələrin tətbiq edilməsindən gedir. Noyabrın 13-dən etibarən yol polisi nömrədə defis olmayan avtomobil sürücülərini cərimə edəcək.
Bakı-Minvodı sürət qatarı istifadəyə veriləcək
Bakı ilə Minvodı (Rusiya) arasında sürət qatarının istifadəyə verilməsi planlaşdılır. Əgər bununla bağlı lahiyə qəbul olunarsa, Minvodlı ilə Bakı arasında işləyəcək sürət qatarında gömrük-keçid baxışı birbaşa vaqonlarda aparılacaq. Yeni nəqliyyatın fəaliyyət göstərməsində təkcə Rusiya tərəfi deyil, Azərbaycan da maraqlıdır.
Gəncəyə sürət qatarı ilə gedə biləcəksiniz - Tezliklə
Gələn ildən etibarən sərnişinlər Bakıdan Gəncəyə sürət qatarları vasitəsilə cəmi 4 saata çata biləcəklər. Bunun üçün hazırda dəmir yolu xətlərinin bərpası, yeni qatarların sifarişi məsələləri həll edilir. Bunu Xəzər Xəbərə açıqlamasında Azərbaycan Dəmir yolları QSC-nin sədri Cavid Qurbanov deyib.
İki gün vaxtınız qaldı - Yol polisindən XƏBƏRDARLIQ
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. Məlumatda qeyd edilib ki, yük avtomobilləri və avtobusların texniki baxışdan keçmə müddəti oktyabrın 31-də başa çatır.














