Nəqliyyat

Avtomobildə jalüz və pərdələrə icazə başa çatır – DYP-dən XƏBƏRDARLIQ

27 Oktyabr 2017 18:02

Avtomobildə jalüz və pərdələrə icazə noyabr ayının 15-dən etibarən başa çatır. Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

“Qarabağ”–“Roma” görüşünün tamaşaçıları üçün BNA xüsusi ekspress xətt avtobusları təşkil edəcək

25 Sentyabr 2017 17:23

27.09.2017 tarixində Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ”–“Roma” görüşünü izləyəcək biletli tamaşaçıların daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılan xüsusi ekspress xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a BNA-nın ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub. Bildirilib ki, oyun günü Bakı Olimpiya Stadionunun ərazisinə şəxsi nəqliyyat vasitələrinin, eləcə də taksi minik avtomobillərinin girişi tam olaraq məhdudlaşdırılacaq. 

O sürücü İŞDƏN QOVULDU

21 Sentyabr 2017 17:30

Sentyabrın 20-də 66 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusların birində sürücü işindən azad edilib. Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, sürücü tərəfindən qanunverciliyin, yol hərəkəti qaydalarının tələbinin kobud şəkildə pozulmasına dair KİV-də və sosial şəbəkələrdə yayılan video görüntüylə bağlı Agentlik tərəfindən dərhal zəruri tədbirlərin görülməsinə başlanılıb. Sözügedən görüntülərdə sürücünün nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin qapısının açıq vəziyyətdə saxlanılması, sərnişinlərin həyatının təhlükəyə atması açıq-aşkar müşahidə olunur. 66 nömrəli müntəzəm marşrut xəttində çalışan sürücü Teymurov Elşən Zahid oğlu Agentliyin tələbi əsasında daşıyıcı tərəfindən işdən azad edilib.

Azərbaycanda Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransı keçiriləcək

21 Sentyabr 2017 12:58

Gələn ilin may ayında MDB məkanında ilk dəfə Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) illik konfransı Azərbaycanda keçiriləcək. “OLAYLAR” -ın xəbərinə görə, “Gələcəyin limanları: Mərkəzlərin Yaradılması, Bağlılığın Sürətləndirilməsi” adı altında baş tutacaq konfrans bu sahədə tanınan dünya liman rəhbərləri, ekspertlər, logistika və daşımacılıq sahəsində çalışan yüzlərlə mütəxəssisləri Azərbaycana və Bakı Limanına cəlb edəcək. Ölkəmizə təşrif buyuran qonaqlar həm də odlar yurdunun ən səfalı guşələrinə səfər edəcək, xalqımızın adət-ənənələri, mədəniyyəti ilə tanış olacaq, qonaqpərvərliyimizi yaxından hiss edəcəklər.

Dəmir yolunda mülki müdafiə təlimi keçirilib 

20 Sentyabr 2017 16:01

 «Azərbaycan Dəmir Yolları» QSC-nin 2017-ci ilin mülki müdafiə tədbirlər planına müvafiq olaraq, H.Z.Tağıyev-çeşidləmə dəmir yolu stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, bununla əlaqədar olaraq H.Z.Tağıyev-çeşidləmə dəmir yolu qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələri və şəxsi heyəti, eləcə də stansiya ərazisində yerləşən digər dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunmuşdur.

Bakı-Tbilisi-Qars dəmiryol xəttinin Binəqədi rayonunun ərazisindən keçən hissəsindəki mövcud vəziyyətlə əlaqədar müşavirə keçirilib 

19 Sentyabr 2017 16:28

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun yanında Bakı-Tbilisi-Qars dəmiryol xəttinin Binəqədi rayonunun ərazisindən keçən hissəsindəki mövcud vəziyyətlə əlaqədar müşavirə keçirilib. “OLAYLAR” -ın xəbərinə görə, müşavirədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Qəsəbə və Sahə inzibati ərazi dairələri üzrə nümayəndələr və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyi iştirak ediblər. RİH başçısı Xaləddin İsgəndərov müşavirəni açaraq bildirib ki, 2017-ci ilin oktyabr ayının sonunda Bakı-Tbilisi-Qars Dəmiryol xəttinin açılışı ilə əlaqədar olaraq, həmin dəmiryol xəttinin Binəqədi rayonunun ərazisindən keçən hissəsində dəmiryol xətti boyunca abadlıq və təmizlik işlərinin davam etdirilməsini diqqətə çatdırıb, bu işlərə aidiyyəti qurumları cəlb etməklə təxirəsalınmaz tədbirlərin görülməsi tapşırılıb.

Dəmir yolunda “Sağlamlıq günü” keçirilib 

19 Sentyabr 2017 16:28

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Sağlamlıq günü” adlı tədbir keçirilib. Tədbirin əsas mahiyyəti, dəmiryolçuları işindən ayrılmamaq şərtilə, onlara profilaktik baxışların keçirilməsidir. “OLAYLAR”-a daxil olan məlumata görə,   ”Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən müəyyən olunmuş Tədbirlər Planına əsasən, dəmiryolçuların tibbi müayinəsi aparılır, onların sağlamlıq vəziyyəti barədə müvafiq məsləhətlər verilir, lazım gəldikdə isə pasientlərə stasionar və ya ambulator şəraitdə daha ətraflı müayinə  və müalicə aparılmaları tövsiyyə olunur. Mütəmadi olaraq keçirilən “Sağlamlıq günü” tədbirləri də görülən işlərin tərkib hissələrindəndir.

Sürücülük vəsiqəsini dəyişdirilməsi üçün tələb olunan sənədlərin sayı artırıldı

19 Sentyabr 2017 14:40

Azərbaycanda əcnəbilərin sürücülük vəsiqəsini dəyişdirən zaman tələb edilən sənədlərin sayı artırılıb. Belə ki, Daxili İşlər Nazirliyinin Kollegiyası bununla bağlı “Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ində dəyişkilik edib. Dəyişikliyə əsasən Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə, həmin icazənin notarial qaydada təsdiq edilmiş surətinin skan edilmiş surəti də tələb olunacaq.

Azərbaycanda 471 insan "yol terroru"nun qurbanı oldu

18 Sentyabr 2017 16:57

2017-ci ilin 8 ayı ərzində Azərbaycanda 1189 yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. K.Əliyev bildirib ki, baş vermiş yol qəzaları zamanı 471 nəfər ölüb, 1148 nəfər isə yaralanıb. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 142 hadisə, 19 ölüm, 261 xəsarət azalıb.

Avtomobili hansı halda etibarnamə ilə başqasına vermək olar?

18 Sentyabr 2017 13:17

Son vaxtlar sürücülər tez-tez belə bir sual verirlər: yalnız sürmək üçün verilmiş etibarnaməsi olan şəxs özü avtomobildə olmaqla həmin avtomobili sürmək üçün başqasına verə bilərmi?Vəkil Rövşən Qasımov bildirib ki, avtomobillərlə bağlı iki növ etibarnamə fərqləndirilir. Əksəriyyətimizin hələ də "baş etibarnamə" (generalnaya doverennost) adlandırdığımız və avtomobilə sərəncam hüququnu da ehtiva edən etibarnamə. Belə etibarnaməsi olan şəxs nəinki hamin avtomobili sürmək üçün başqasına verə bilər, hətta həmin avtomobili sata, bağışlaya, girov qoya bilər. Yalnız sürmək üçün verilmiş etibarnamə, yəni avtomobilə dair sərəncam hüququnu istisna edən etibarnamə. Birinci növ etibarnamə ilə bağlı nə təcrübədə, nə də qanunvericilikdə heç bir problem və anlaşılmazlıq yoxdur. Hər kəs sərəncam hüququnu ehtiva edən etibarnamə əsasında sahiblik etdiyi avtomobili özü avtomobildə olmaq şərti ilə onu idarə etmək üçün sürücülük vəsiqəsi olan və sərxoş olmayan istənilən şəxsə verə bilər. Hətta belə etibarnaməsi olan şəxs başqasına etibarnamə verməklə özü olmadan da həmin avtomobili idarə etmək üçün ona verə bilər. İkinci növ etibarnamə ilə bağlı məsələdə isə təcrübədə problem var:

Şəhərdaxili marşrutlarda gediş haqqı ilə bağlı yenilik

15 Sentyabr 2017 15:50

“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər edilir. Milli Məclisdən  verilən məlumatına görə, qanunun 1-ci maddəsinə (əsas anlayışlar) yeni bənd əlavə olunur. Yeni bəndə əsasən, ödəniş aləti - şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə sərnişin daşıyan avtobuslarda gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş vasitə hesab ediləcək. Qanunun 28-ci maddəsində (Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsi) edilən dəyişikliyə görə, gediş sənədlərinin (biletlərin) və ödəniş alətinin sərnişinlərə satışı, o cümlədən ödəniş alətinə vəsaitin yüklənməsi imkanı daşıyıcı və ya avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı tərəfindən təşkil edilə bilər.

Yevlax-Mingəçevir mənzilində 9,3 dəmir yolu əsaslı təmir olunur 

12 Sentyabr 2017 10:45

Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.“OLAYLAR”- “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, sentyabrın 12-də isə Yevlax-Mingəçevir mənzilində 9,3 km uzunluğunda yolun əsaslı təmirinə start verilib. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərovun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək.

DYP-dan sürücülərə XƏBƏRDARLIQ

26 Avqust 2017 18:38

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bütün növ yük və avtobus tipli avtomobillərin texniki baxışdan keçməsi ilə bağlı xəbərdarlıq edib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib ki, bütün növ yük və avtobus tipli avtomobillər təyin edilmiş qrafikə uyğun qaydada texniki baxışdan keçməlidir: “Avqustun 1-dən bütün növ yük və avtobus tipli avtomobillərin texniki baxışdan keçirilməsinə başlanılıb. Hazırda Daxili İşlər Nazirliyinin Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzi bu tipli avtomobillərin texniki baxışdan keçirilməsinə start verib.

“Sahil” stansiyası bağlanır

5 Avqust 2017 15:58

Bakı metropoliteninin “Sahil” stansiyası bu ayın sonundan təxminən 1 illik təmirə bağlanacaq.  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumatı təsdiqləyərək, “Sahil” metro stansiyasının təmir olunacağını deyib.

Ölkədaxili qatarlarda qiymətlər qalxdı

15 İyul 2017 12:38

Azərbaycan Dəmir Yollarının sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalının tətbiq edilməsi bu gündən qüvvəyə minib. Bu gündən etibarən ölkədaxili sərnişin və sürət qatarlarına biletlər yeni tariflərlə satılacaq. Belə ki, ölkədaxili səfər edən sərnişinlər bu gündən etibarən biletləri 20 faiz baha əldə edəcəklər.