Nəqliyyat

Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

9 İyul 2017 19:49

Sabah səhər saatlarından etibarən sonuncu lay asfalt-beton örtüyünün döşənməsi ilə əlaqədar olaraq Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq. "Azəravtoyol" ASC-dən verilən məlumata görə, məhdudlaşdırma işlər bitənədək tətbiq ediləcək. Sürücülər alternativ olaraq Masazır-Novxanı yolundan istifadə edə bilərlər.

Bayram bir ailə üçün faciəyə döndü

27 İyun 2017 11:35

Bayram günü Balakən rayonunda baş verən ağır yol qəzasında bir ailənin bir üzvü ölüb, daha üç üzvü isə ağır xəsarət alıb. Hadisə Balakən-Qazma avtomobil yolunda baş verib. Rayonun Qazma kənd sakini, 1941-ci il təvəllüdlü Rəhim Alı oğlu Bayramovun idarə etdiyi "VAZ 2106" markalı 08 BE 941 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 1990-cı il təvəllüdlü Tamerlan Sabir oğlu Atayevin idarə etdiyi "Mercedes" markalı 08 BF 891 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəzadan sonra VAZ 2106 markalı avtomobilin sürücüsü Rəhim Bayramov, onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Zərnişan Sarı qızı Bayramova, nəvəsi, 2013-cü il təvəllüdlü Zərnişan Taleh oğlu Bayramova, Zərnişanın anası, 1969-cu il təvəllüdlü Əminə Kamal qızı Bayramova və "Mercedes"in sürücüsü Tamerlan Atayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Sabirabadda AĞIR QƏZA

24 İyun 2017 21:56

Bakı metrosunda DƏHŞƏT

18 İyun 2017 15:35

Bu gün Bakı metrosunda faciəvi hadisə baş verib. Saat 12:30 radələrində bədbəxt hadisə nəticəsində qatarın altına yıxılan 1934-cü il təvəllüdlü Xəlilov Səyyad Şirin oğlu həkimlərin səyinə baxmayaraq ölüb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, 83 yaşlı kişi intihar məqsədi ilə özünü qatarın altına atıb. Belə ki, S.Xəlilov saat 12:33-də özünü qatarın altına atıb. Dərhal platformaya daxil olan qatar cərəyandan ayrılıb və saat 12:50-də S.Xəlilov huşsuz vəziyyətdə qatarın altından çıxarılıb.

Bu avtobusların hərəkət trayektoriyası dəyişdi

15 İyun 2017 12:31

Bakıda 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişikliyin məqsədi Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etməkdir. Artıq dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib.

Bakı Beynəlxalq Avtovağzalında yeni təyinat

12 İyun 2017 10:20

Jurnalist Yaşar İsakov Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri təyin edilib.  Y. İsakov bundan əvvəl Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəisinin mətbuat məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb. Ondan öncə isə Y. İsakov “Press24.az” saytının, “Birja plyus”, “Yejenedelnik” qəzetlərinin, “Bona Mente” jurnalının, “News24.az” saytının baş redaktoru olub, məqalələri “Day.az”, “1News.az”, “Aznews.az” saytlarında, “Exo” və “Naş vek” qəzetlərində dərc olunub.

Astarada REYD: 30 sürücü məsuliyyətə cəlb olundu

29 May 2017 20:06

Astarada rayon Polis şöbəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən minik nəqliyyat vasitələrinin qeyri-qanuni sərnişindaşımaları ilə əlaqədar reyd keçirilib. Şəhərin mərkəzi Heydər Əliyev prospektində və Ələt-Astara magistralının 244 km-də iki saat ərzində aparılan yoxlamalar zamanı 100-dək nəqliyyat vasitəsinə saxlanılaraq baxış keçirilib.

"Beş mərtəbə" dairəsi ləğv edildi - XƏRİTƏ

27 May 2017 22:23

Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Bakı şəhəri Yasamal rayonunun Füzuli meydanı ətrafında yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində mövcud dairə artıq ləğv edilib. Azəravtoyol ASC-dən  verilən məlumata görə, bu səbəbdən avtonəqliyyat vasitələrinin hərəkəti dairədə tam olaraq dayandırılaraq layihə üzrə nəzərdə tutulan istiqamətlər üzrə yönəldilib.

BNA avtobus sürücülərinə ciddi xəbərdarlıq etdi

1 Fevral 2017 10:53

 Paytaxtda müşahidə edilən qarlı və şaxtalı hava paytaxtın küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb. Bakı Nəqliyyat Agentliyinin müşahidə kameralarından əldə edilən məlumata əsasən, səhər saatlarında paytaxtın əksər küçə və prospektlərində, o cümlədən Heydər Əliyev prospekti (şəhər istiqaməti), Yusif Səfərov (şəhər istiqaməti), Ziya Bünyadov prospekti (hər iki istiqamət, xüsusən də körpü və tunellərdə), A.Bakıxanov (küçəsi körpünün üstü), Tbilisi prospekti, Zığ yolu-Nobel prospekti, A.M.Sərifzadə, Mətbuat prospekti və 20 yanvar dairəsində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Agnetlioyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, qarlı və şaxtalı havada sərnişin avtobuslarının fasiləsiz və təhlükəsiz hərkətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində çalışır.