Nəqliyyat
BNA dumanlı havayla bağlı sürücülərə müraciət etdi
Məlum olduğu kimi yanvarın 21-i səhər saatlarından Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edilməkdədir.
Dəmir yolları zolağı boyunca yeni fiber-optik infrastrukturun tikintisinə başlanılıb
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti infrastrukturunun yenilənməsi çərçivəsində dəmir yollarının qorunma zolağı boyunca yeni fiber-optik kabel xətlərinin tikintisinə başlayıb. “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, dəmir yollarının qorunma zolağı boyunca yeni magistral fiber-optik kabel xətlərinin çəkilişi yeni dayanıqlı infrastrukturun formalaşmasına, dəmir yolları boyunca perspektivdə rəqəmsal xidmətlərin təmin edilməsi və inkişafına, stansiyalarda qabaqcıl telekommunikasiya xidmətlərinin verilməsinə şərait yaradacaq. Bu, həmçinin ölkənin mövcud magistral infrastrukturunun güclənməsinə xidmət etmiş olacaq.
Bu yolda hərəkət məhdudlaşdırılıb
Paytaxtda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb
BNA işə qəbul müsabiqəsi elan edir
Bakı şəhərinin ictimai nəqliyyatının təkmilləşdirilməsi ilə əlaqədar görülən zəruri tədbirlər çərçivəsində şəhərimizə gətiriləcək yeni 18 metrlik avtobuslarla sərnişinlərə xidmətin təşkili məqsədilə Bakı Nəqliyyat Agentliyi “DE” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsini elan edir. “OLAYLAR”-a Agentlikdən bildirilib ki, vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün “Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair ödənişli nəzəri və praktiki təlimlər həyata keçiriləcək.
Dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələri mühafizə edilən duracağa aparılacaq
Yaxın günlərdə Bakı şəhərinin inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması prosesinə başlanılacaq. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyindən daxil olub. Bildirilib ki, bunu nəzərə alaraq bir daha sürücülər dayanma, durma və parklanma qaydalarına əməl etməyə dəvət edilir.
Gəmilər dənizdə növbə çəkirlər
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) yanvarın 17-də Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri görüb.“Olaylar”ın xəbərinə görə, qurumun mətbuat xidmətindən bildirilib ki, ASCO Xəzərdə üzən bütün gəmilərinə hava şəraitinin kəskin dəyişəcəyi və görülməli olan tədbirlər barədə iki gün öncədən yazılı məlumat göndərib, müvafiq tapşırıqlar verib.
Metropoliten güclü qar və şaxtaya da tam hazırdı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanvar ayının 17-dən 18-nə kimi şiddətli şimal-qərb küləyinin əsəcəyi ilə bağlı xəbərdarlığına uyğun olaraq, yanvarın 16-sı açıq hava şəraitində olan bütün təsərrüfat sahələrində müvafiq tədbirlər görmüş "Bakı Metropoliteni" QSC həmçinin güclü qar və şaxtalı hava şəraitinə tam hazırdır. “OLAYLAR” -a "Bakı Metropoliteni"nin mətbuat xidmətindən bildirilib ki, metroda qatarların hərəkətinin təşkilində, sərnişinlərin rahatlığının təmin edilməsində ən böyük problemləri qış fəsli özünün qarlı-çovğunlu günləri ilə yarada bilir. Ən böyük çətinliklər isə qatarların depodan xəttə verilməsi ilə bağlı olur. Elə buna görə də metropoliten ataların “Qışa yaydan hazırlaş” tövsiyəsinə əməl edir.
Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub
Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib. “OLAYLAR” xəbər verir ki. yığıncaqda bir sıra vacib məsələlər müzakirə olunub.
Beyləqan-Daşburun avtomobil yolu yenidən qurulur
26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyəti Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 137-ci km-dən ayrılan III texniki dərəcəli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun 15 km-lik hissəsi yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki. sözügedən avtomobil yolu iki hissə üzrə yenidən qurulur. 1-ci hissə youn 0-10 km-liyini, 2-ci hissə isə 10-15 km-liyini əhatə edir.
“Türk Hava Yolları” Azərbaycanda endirim kampaniyası keçirir
Dünya üzrə 300-dən çox istiqamətə uçuşlar yerinə yetirən “Türk Hava Yolları” aviaşirkəti Azərbaycanda yeni endirim kampaniyasına start verib. “OLAYLAR” xəbər verir ki, kampaniya çərçivəsində Azərbaycanın müxtəlif şəhərlərindən İstanbula və əks istiqamətdəaviabiletlər endirimli qiymətlə təklif olunur.
BNA-da yeni təyinat
Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması davam etdirilir
Respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ötən il başlanılmış yenidənqurma işləri bu il də davam etdirilir.

.jpg)
.jpg)

.png)



.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)