Nəqliyyat

Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur

30 Yanvar 2019 12:18

41 km uzunluğa malik respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, layihəyə uyğun olaraq III texniki dərəcəli Tərtər-Hindarx avtomobil yolunun 17-41-ci km-lik hissəsinin yenidən qurulması işləri ötən il ərzində yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında respublika əhəmiyyətli yolun sözügedən hissəsində tikinti norma və qaydalarına uyğun olaraq müasir yol infrastrukturunun yaradılması istiqamətində yenidənqurma işləri qısa müddət ərzində yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Paytaxtda sürət həddi endirilib

29 Yanvar 2019 12:34

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında gediş haqqı artırılır

25 Yanvar 2019 17:39

28 yanvar 2019-cu il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqında müəyyən dəyişikliklər ediləcək. “OLAYLAR” xəbər verir ki, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarına minik zamanı keçid turniketlərində və bilet kassalarında və köşklərdə yaranan növbələrin aradan qaldırılması məqsədi ilə kağız biletlər ilə yanaşı elektron plastik kartlar istifadə edilir. Bu da sərnişinlərin turniketlərdən vaxt itkisinə yol vermədən sərbəst keçidini təmin edir.

Deponun elektrik təchizatı daha bir yarımstansiya ilə yeni standartlar səviyyəsinə çatdırılacaq

25 Yanvar 2019 16:14

Metropolitenin “Nərimanov” elektrik deposunda daha bir elektrik yarımstansiyasının inşası başa çatıb və avadanlıqların qurulmasına başlanılıb. “OLAYLAR”-a daxil olan məlumata görə, bu yarımstansiya metropolitenin mühüm istehsalat, təmir-bərpa sahəsi olan, ən əsası, lokomotiv parkının yerləşdiyi deponun elektrik təchizatını ən müasir standartlara çatdıracaq.

"Bakı Metropoliteni" QSC-nin təlim-tədris mərkəzi yeni formatda qurulur

24 Yanvar 2019 13:51

"Bakı Metropoliteni" QSC-nin Təlim-tədris mərkəzi yaxın vaxtlarda fəaliyyətini tamamilə fərqli formatda davam etdirəcək. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 2014-cü ilin sentyabr ayında əsasnaməsi təsdiq edilərək, fəaliyyətə başlamış Mərkəzin təcrübəsi təsdiq edir ki, kadr hazırlığı, ixtisasartırma, ixtisas seçimi, peşə səviyyəsinin təkmilləşdirilməsi və s. tədris proseslərinin təşkili baxımından əhəmiyyəti danılmazdır. Çünki Bakı metropoliteninin özünəməxsus xüsusiyyətləri insan kapitalına fərqli yanaşma tələb edir. Bu mənada mərkəzləşmiş qaydada təşkil edilmiş təlim və tədris prosesi daha effektlidir. Burada metro işçilərinin bilik və bacarıqlarının təkmilləşdirməsini, keyfiyyətli hazırlığını daha mükəmməl qaydada təşkil etmək mümkündür. Mərkəz lazımi vəsait və avadanlıqla, audiovizual texnologiyalarla, elektron proyektorlarla və digər müasir texniki vasitələrlə təmin edilib. Multimedia, interaktiv təlim üsulları və s. əyani vəsaitlərin yeni erasının məhsuludur.

Qazaxda Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulur

24 Yanvar 2019 12:33

Qazax rayonunda uzunluğu 16 km olan yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, sözügedən avtomobil yolu iki hissə üzrə yenidən qurulur. Bu Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci km-dən ayrılan və 11.5 km uzunluğa malik Daşsalahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 11 kmdən ayrılan və 4.5 km uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur.

Ağstafada yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur

23 Yanvar 2019 12:23

Ağstafa rayonunda yerli əhəmiyyətli Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun uzunluğu 9.3 km təşkil edir. Layihəyə uyğun olaraq yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılır, təqribən 22 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülərək, kipləşdirilir.

Babək prospektində hərəkət bərpa olundu

21 Yanvar 2019 18:08

Babək prospektində asfalt-beton örtüyünün yatmış hissəsinin bərpası işləri artıq yekunlaşıb. Bu barədə məlumat “OLAYLAR”-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, həmin hissə üzrə hərəkət bərpa olunub..