Nəqliyyat

Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulub

19 Aprel 2019 15:33

Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulub

Azərbaycanda 500 min dollara təyyarə satılır - VİDEO

4 Aprel 2019 10:23

Azərbaycanda elan saytlarında və sosial şəbəkələrdə təyyarə satılır

Metroda konsert olacaq

18 Mart 2019 18:07

2018-ci ildə ən populyar kiberhücum metodu hansı olub?

1 Mart 2019 11:13

 İnformasiya təhlükəsizliyinin təmini üçün "Trend Micro" həllər istehsalçısı 2018-ci ildə kibertəhdidlərlə bağlı vəziyyətə həsr edilən tədqiqat dərc edib. Hesabat dövründə zərərli internet ünvanlarından istifadə olunaraq edilən, lakin qarşısı alınan hücumların sayı 2017-ci illə müqayisədə 269 faiz artıb. Unikal İP ünvanına malik istifadəçilərin fişinq saytına keçid üçün bloklanmış cəhdlərinin sayında isə 82 faiz artım qeydə alınıb.

Sabunçu rayonu Savalan yaşayış massivinin yolları yenidən qurulur

6 Fevral 2019 16:17

Başlanğıcını Zabrat-Maştağa avtomobil yolundan götürən “Savalan” yaşayış massivinin 3 km uzunluğa malik avtomobil yolu yenidən qurulur. “OLAYLAR”-a daxil olan məlumata görə, yenidənqurma işləri çərçivəsində yol boyu yararsız qrunt qazılaraq çıxarılıb, qazılmış, genişləndirilmiş və relyefdən aşağı olan hissələrin karbonat materialı ilə hissə-hissə doldurularaq kipləşdirilməsi işləri aparılıb, torpaq yatağı profilə salınaraq hamarlaşdırılıb.

Nobel prospektində çökmənin qarşısını almaq üçün əlavə tədbirlər görüləcək

5 Fevral 2019 17:25

Bakı şəhərində yaranan tullantı sularının 30 faizindən çoxunu kənarlaşdıran Sahil kollektorunun Nobel prospektində yerləşən 11 saylı texnoloji şaxtasının və kollektorun təhlükəsizliyini təmin etmək, eləcə də prospektdə avtomobil yolunda çökmənin qarşısını almaq üçün ərazidə əlavə işlərin görülməsinə qərar verilib. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Nobel prospektində yolun hərəkət hissəsində çökmə hadisəsi 23 dekabr 2018-ci il tarixində baş verib. Yolun çökməsinin 24 metr dərinlikdən keçən Sahil kollektoruna təsirini qiymətləndirərkən 11 saylı şaxtaya qrunt sularının dolması aşkarlanıb. Şaxtaya dolan qrunt sularının qarsını almaq məqsədilə “Azərsu” ASC tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, bu sahədə ixtisaslaşmış Penetron-Azərbaycan şirkəti tərəfindən şaxta daxildən xüsusi materiallarla izolyasiyası edilərək şaxtaya daxil olan qrunt sularının qarşısı tam alınıb.

29 nəqliyyat vasitəsinə normadan artıq yanacaq silinib

5 Fevral 2019 13:00

“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin Əsasnaməsində məhəllədaxili yolların və həyətlərın, həmçinin yaşayış binalarının giriş qapılarının işıqlandırılması nəzərdə tutulsa da bu istiqamətlərdə müəssisənin fəaliyyəti qənaətbəxş olmayıb. “olaylar” xəbər verir ki, Hesablama Palatasının Bakı şəhər İcra Hakimiyyətinin “Bakı şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsində həyata keçirilmiş audit nəticəsində müəyyən edilib ki, müəssisə tərəfindən tərtib edilmiş Bakı şəhəri küçələrinin işıqlandırılması üzrə işıq nöqtələrinin dislokasiyası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilməyib, genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin aparılması ilə bir çox küçə və prospektlərdə işıq nöqtələrinin sayında dəyişikliklər baş versə də istismarı planlaşdırılan işıq nöqtələrinin sayı təxmini hesablamalarla müəyyənləşdirilib. 2017-ci il üzrə vəsaitə tələbat hesablanarkən büdcə vəsaiti hesabına alınmış və anbarda olan illik xərclərin 64,0%-ni təşkil edən mal-materiallar nəzərə alınmayıb, küçələrin işıqlandırılması xərclərinə ayrılmış vəsaitdən memarlıq abidələrinə aid olan arxitekturalı binaların fasadlarının və yaşayış binalarının giriş hissələrinin işıqlandırılmasından əlavə illik enerji xərcinin 29,0%-ni təşkil edən digər işıqlandırmalar həyata keçirilsə də, müəssisənin Əsasnaməsində müvafiq dəyişikliklər edilməyib.