Nəqliyyat

“Bakı Metropoliteni” QSC maşinist peşəsi üzrə namizədlərin işə qəbulunu elan edir

15 Yanvar 2019 15:37

"Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, seçimdə iştirak etmək istəyən namizədə dair tələblər aşağıdakı kimidir: yaşı 24-30 arasında olmalı. Ali texniki və orta texniki təhsilli olmalı. Həmçinin ilk peşə ixtisaslı, kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) vacibdir. Seçimdə eləcə də qadınlar iştirak edə bilərlər.

Avtobus dayanacaq pavilyonlarının yerləri dəyişdirilir

15 Yanvar 2019 14:17

Yol kəsişmələrində və ya kəsişmələrə yaxın ərazilərdə quraşdırılmış avtobus dayanacaq pavilyonlarının yerlərinin dəyişdirilməsi işləri davam etdirilir. “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu çərçivədə M.Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində yerləşən dayanacaq pavilyonu bir qədər geridə təşkil edilib. Nəticədə, yolun hərəkəti buraxmaq qabiliyyəti artıb. Məlumat üçün bildirək ki, svetoforla nizamlanan M.Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində daimi sağa yanan əlavə bölmə olmağına baxmayaraq həmin ərazidə avtobus dayanacaq məntəqəsinin mövcud olması səbəbindən yolda sıxlıq müşahidə olunurdu.

"Türk Hava Yolları” ötən il 75 milyondan çox sərnişin daşıyıb

14 Yanvar 2019 17:01

“Türk Hava Yolları” aviaşirkəti ötən ilin dekabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb. “OLAYLAR” xəbər verir ki, hesabat ayında aviaşirkətin yüklənmə səviyyəsi 80,2 faiz təşkil edib. İniş ilin təsirini nəzərə alaraq, sərnişinlərin sayı, kreslo-kilometrlərin sayı və yüklənmə səviyyəsində artım Türkiyəyə və “Türk Hava Yolları”na marağın artmasının mühüm göstəricisidir.

Dayanma və durma qaydalarının pozulması ilə bağlı bir gündə 3500-dən artıq fakt qeydə alınıb

10 Yanvar 2019 15:13

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanından irəli gələn tapşırıqların icrası çərçivəsində artıq Azərbaycan, Xocalı, Azadlıq, Bülbül, Mətbuat, Q.Qarayev, H.Cavid prospektlərində, həmçinin A.M.Şərifzadə, A.Nemətulla, B.Vahabzadə, K.Rəhimov, R.Behbudov, S.Vurğun, 28 May və Ş.Qurbanov küçələrində qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameraları vasitəsi ilə dayanma və durma qaydalarının pozulamsı halları qeydə alınır.

Avtobusu idarə edərkən telefonla danışan sürücü cəzalandırıldı

9 Yanvar 2019 13:18

187 nömrəli müntəzəm marşrut xətti üzrə (Zirə qəsəbəsi-Koroğlu metrostansiyası) avtobusun sürücüsünün hərəkətdə olan zaman mobil telefondan istifadə edərək yol hərəkəti qaydalarının kobud şəkildə pozmasına dair məsələ nəzarətə götürülərək araşdırılıb. “OLAYLAR”-a BNA-dan bildirilib ki, qayda pozan avtobus sürücüsünün Əliyev Natiq Babal oğlu olduğu müəyyən edilib.

Bu yolda rənglənmə işləri aparılacaq

8 Yanvar 2019 14:24

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcürstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bayram günlərində dəmir yolu ilə 20171 nəfər sərnişin daşınıb

4 Yanvar 2019 13:37

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili ərəfəsində, həmçinin, istirahət günlərində gücləndirilmiş iş rejimində çalışıb. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki. bayram günlərində, dekabrın 27-dən etibarən 3 yanvar da daxil olmaqla, hər gün əlavə vaqonların qoşulması təmin edilib. Belə ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 82 vaqon qoşulub.