Nəqliyyat

Nobel prospektində çökmənin səbəbi məlum olub

3 Yanvar 2019 14:22

Nobel prospektində çökmə baş verən kimi dərhal əraziyə AAYDA-nin əməkdaşları cəlb olunaraq çökmənin səbəbləri araşdırılmağa başlanılıb. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, aidiyyəti qurumların mütəxəssislərinin də cəlb olunduğu araşdırma zamanı yolun altında qrunt sularının axıntısı müəyyən edilib. Ehtimal olunur ki, qrunt suları 24 metr dərinlikdən keçən kanalizasiya kollektoruna axır. Axıntı zamanı sular özü ilə bərabər torpağı da yuyub apardığı üçün yolda çökmə baş verib.

Daha iki istiqamətdə nəqliyyatın sıxlığı azalıb

3 Yanvar 2019 13:36

Təbriz küçəsi ilə Həsənoğlu küçələrinin kəsişmələrində aparılan təhlillərin nəticəsində hazırlanan layihənin icrası sayəsində kəsişmədə nəqliyyat sıxlığı azalıb və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilib.

Metropolitenin bayram sürprizləri

26 Dekabr 2018 13:56

Hər il olduğu kimi, bu il də “Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərinə xüsusi layihələr təqdim edəcək. Bu barədə məlumat “OLAYLAR”-a qurumun mətbuat xidmətindən daxil olub. Bildirilib ki, yola salmağa hazırlaşdığımız 2018-ci ilin son günlərində metronun stansiyalarında bayram əhval-ruhiyyəsi hiss olunur. “İçərişəhər”, “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “Koroğlu”, “Avtovağzal”, “Bakmil” və “Memar Əcəmi” (Bənövşəyi xətt) stansiyalarının vestibüllərində bəzədilmiş şam ağacları quraşdırılıb. Bununla yanaşı, stansiyaların monitorlarında hər iki bayramla bağlı təbriklər yerləşdirilib.

64 nömrəli marşrut xətti üzrə sərnişindaşıma yeni avtobuslarla təşkil ediləcək

24 Dekabr 2018 16:50

Dekabrın 26-dan 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla təşkil ediləcək. “OLAYLAR”-a BNA-dan daxil olan məlumata görə, Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən marşrut xəttinin istismarını həyata keçirən əvvəlki daşıyıcının fəaliyyəti tələblərə uyğun qurulmadığı üçün onunla bağlanan müqaviləyə xitam verilib.

DYP-dən yararsız avtomobillərlə yük daşıyanlara xəbərdarlıq

17 Dekabr 2018 15:46

Son günlər minik avtomobilləri ilə yükdaşıma fəaliyyəti göstərən və istismara yararsız nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən törədilən yol nəqliyyat hadisələri və digər xoşagəlməz hallar çoxalıb. Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi bəzi məqamları həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin və digər hərəkət iştirakçılarının diqqətinə çatdırır. İdarədən verilən məlumata görə, son bir həftə ərzində bu cür nəqliyyat vasitələrini idarə edən onlarla sürücü barəsində inzibati protokol tərtib olunub. Bir neçə nəqliyyat vasitəsi istismara yararsız olduğu üçün cərimə meydançasına aparılıb.

Dayanma durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirləri görülür

17 Dekabr 2018 14:05

Artıq bir müddətdir ki, ölkə başçısı cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən paytaxtın inzibati ərazisində dayanma və durma qaydalarını pozan sürücülərə qarşı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən inzibati tənbeh tədbirləri görülür. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki,