Nəqliyyat

“BakuBus”-da çalışan sürücülərin əmək haqları artırılıb

11 Dekabr 2018 14:28

Bütün sahələrdə olduğu kimi “BakuBus” MMC-də çalışan avtobus sürücülərinin sosial-rifah halının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir.

Bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq ediləcək

11 Dekabr 2018 14:25

12 dekabr Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.

20 sürücü barəsində inzibati tədbirlər görülüb

7 Dekabr 2018 16:42

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisindəki yollarda kobud qayda pozuntularına yol verən sürücülərə qarşı reyd keçirib. Reydin keçirilməsində əsas məqsəd yollarda təhlükəsiz və rahat hərəkətin təmin olunması, kobud qayda pozuntularına yol verərək təhlükə törədən sürücüləri aşkarlamaq idi.

Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır

5 Dekabr 2018 15:47

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir. “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.

Bu yolda hərəkət məhdudlaşdırılacaq

4 Dekabr 2018 17:48

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 94-cü km-də yerləşən yeraltı piyada keçidinin sağ yarım hissəsində deformasiyaya uğramış aşırım tirlərinin dəyişdirilməsi məqsədilə avtomobil yolunun sözügedən hissəsində 2018-ci il 05 dekabr tarixindən etibarən 1 (bir) ay müddətinə nəqliyyat vasitələrinin hərəkəti işlərin aparılmasından asılı olaraq hissə-hissə qismən məhdudlaşdırılaraq.

Bakıya yeni avtobuslar gətiriləcək

3 Dekabr 2018 15:08

“Gələn ildən etibarən hər ay Bakıya yeni avtobuslar gətiriləcək. Onlardan 280-i 12 metrlik, 20 ədədi isə 18 metrlik avtobuslardır".

İctimai nəqliyyatda ciddi dəyişikliklər gözlənir

3 Dekabr 2018 14:57

Təkliflər hökumətə təqdim edilib "Avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanıb.

Texnikalar qış mövsümündə işləməsi üçün saz vəziyyətə gətirilib

3 Dekabr 2018 14:30

2018-2019-cu ilin qış mövsümündə Bakı şəhərində 257 ədəd maşın-mexanizmlərin (21ədəd avtoqreyder, 34 ədəd avtoyükləyici, 131 ədəd yükünü özüboşaldan, 16 ədəd qum səpən, 6 ədəd qar yükləyən, 19 ədəd ekskavator, 22 ədəd yol süpürən 14 ədəd su maşını) qış mövsümündə işləməsi üçün saz vəziyyətə gətirilib, yanacaq-sürtgü materialları ehtiyatı yaradılıb, sürüşməyə qarşı zəncirlər alınıb. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, respublikanın avtomobil yollarına xidmət göstərilməsi üçün də 700-ə maşın-mexanizm hazır vəziyyətə gətirilib.

Yolların qardan-buzdan təmizlənməsi üçün tədbirlər planı hazırlanıb

3 Dekabr 2018 14:27

Bakı şəhərinin yollarında enişli-yoxuşlu və sərt döngələrə malik 30 marşrut üzrə qardan-buzdan təmizlənməsi üçün tədbirlər planları təsdiq edilib, Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə fəaliyyət barədə razılıq əldə olunub. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, Dövlət Agentliyinin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, həmçinin tabelikdə olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin istehsalat bazalarının və idarə binalarının 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması məqsədilə Agentlik tərəfindən 2018-ci il 14 sentyabr tarixli 74 nömrəli əmr imzalanıb.

“Bu gün çox böyük sürücü problemi var”

3 Dekabr 2018 13:32

Vüsal Kərimli: “Tıxaclar əsasən süni yolla yaranır”