Qaydaları pozan sürücülər kameralar vasitəsilə aşkar olunacaqlar

"Gələn ildən dayanma-durma qaydalarına riayət etməyən sürücülər kamera vasitəsilə aşkar edilib cərimə olunacaq". "Olaylar" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. O, bildirib ki, həllini gözləyən əsas məsələlərdən biri Bakı küçələrindəki tıxaclarla bağlıdır: "Söz yox ki, tıxaclar dünyanın bütün paytaxt şəhərlərində var. Lakin süni yollarla tıxaclar və ya nəqliyyatın hərəkətində sıxlıqların yaradılmasının qarşısını almaq istiqamətində iş gedir. Bəzi yerlərdə qeyri-qanuni parklamalar, hansısa tikinti şirkətinin icazəsiz olaraq inşaat işləri aparması, yaxud da bina tikintisi zamanı yola çıxışın düzgün hesablanmaması süni tıxaclara səbəb olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31