Retro qatarlar yenidən xəttə çıxarılacaq
28 Dekabr 2018 14:03 Nəqliyyat"Bakı Metropoliteni" QSC-nin sərnişinlərinə yeni il sürprizlərindən biri olan retrovaqonların qoşulduğu iki qatar dekabrın 29-dan yanvarın 2-dək müəyyən edilmiş qrafiklə xəttə çıxarılacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Bakı Metropoliteni"nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, qatarlardan birinə "A", digərinə "Q" tipli vaqon qoşulacaq.
Qatarlardan biri səhər saat 10:40-da, digəri isə 17:30-da xətdə olacaq və Qırmızı xətt ("İçərişəhər-Həzi Aslanov") üzrə hərəkət edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31