Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir
11 Yanvar 2019 12:59 Nəqliyyat12 və 13 yanvar tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir. Bu barədə məlumat "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, elektrik qatarlarının hərəkətinin ləğvi Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədardır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31