Musiqi
Builki "Jara" festivalında 75 ifaçı çıxış edəcək
Azərbaycan 5 il sonra “Junior Eurovision”da
Azərbaycan bəstəkarları müsabiqədə qalib olublar
Ukraynada British Council və Dovjenko kino mərkəzinin dəstəyi ilə kino bəstəkarları üçün müsabiqə keçirilib.
Çikaqoda klassik musiqi gecəsi keçirilib
İyulun1-də Amerika Birləşmiş Ştatlarının Müstəqillik günü münasibəti ilə Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə klassik musiqi gecəsi keçirilib.
Qara Qarayev - “Əsrin hüdudlarını aşan sənətkar”
Rusiya Milli Musiqi Muzeyində dahi Azərbaycan bəstəkarı, SSRİ və Azərbaycan Xalq Artisti, Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Əsrin hüdudlarını aşan sənətkar” adlı sərgi açılıb.
Şəkidə növbəti beynəlxalq musiqi festivalı
Şəkidə “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı işə başlayıb.
Geyiminə görə Könülü təhqir etdilər - İşə polis qarışdı
“Anara dostları zərər verir…” - Keçmiş deputat
Anar Nüşabəni bəzədi, izləyicilər bəyənmədi - Video
Stilist Anar Ağakişiyev bu dəfə əməkdar artist Nüşabə Ələsgərlinin imicinə dəyişiklik edib.
Elza İbrahimovanın xatirəsi anılacaq
Fevralın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçiriləcək. Muzeydən Olaylar.az - a bildirilib ki, həzin nəğmələr müəllifinin yubiley mərasimində bəstəkarın həyat və yaradıcılığından söhbət açılacaq, ömrünü əks etdirən videogörüntü nümayiş olunacaq.
Teatr Xadimləri İttifaqında növbəti tədbir görkəmli bəstəkar Tofiq Quliyevə həsr edilib
Noyabrın 27-də Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin 100 illiyinə həsr edilmiş "Günəş kimi saçan musiqi" adlı tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Aparıcısı Xalq Artisti Hacı İsmayılov olan tədbir Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.
Çinli musiqiçilər konsert verib
Dillər Universitetində çinli musiqiçilər konsert proqramı ilə çıxış ediblər. Olaylar bildirir ki, ADU-nun nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Şandon Pedaqoji Universitetinin incəsənət işçiləri rəngarəng musiqi nümunələri ilə tamaşaçıların zövqünü oxşayıblar. Tədbiri açıq elan edən ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev musiqi sənətinin vacibliyindən, mədəniyyət sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafından danışıb, multikulturalizm siyasətinin həyata keçirilməsi üçün yaradıcı qrupların qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.
Polad Bülbüloğlu medala layiq görüldü
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Rus İfaçılıq Sənəti" Fondunun medalına layiq görülüb. Təşkilatın yaranmasının 25 illiyinə həsr olunmuş yubiley medalını ona bazar günü Rusiyanın əməkdar artisti, "Rus İfaçılıq Sənəti" İctimai Xeyriyyə Fondunun prezidenti Valeri Vorona təqdim edib. Mükafatlandırma mərasimi P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında keçirilib.
"Onları biabır etmək istəmirəm"
Azərbaycanda 800 min internet istifadəçisi var. Bunlar arasına istifadə edilməyən profillər də daxildir. Bu sözləri xalq artisti Faiq Ağayev Murad Arifin "Status" verilişində deyib. Müğənni İnstaqram-da izləyicilərinin sayını pulla artıran həmkarlarından danışıb: "1, 2, bəziləri hətta deyir, 4 milyon izləyicim var. Axtarsan, o izləyicilərin hamısı Nigeriya, Zimbabve, Polşadan çıxacaq. Çünki izləyicini süni artırırlar. Gəl indi insanları başa sal ki, gerçək izləyici kimdir, saxta kim. Bunlar proqram vasitəsiylə çoxaldılır. Əgər 1 milyon izləyicisi olan insanın mahnısına 13 şərh, 100 bəyənmə varsa, hansı 1 milyon izləyicilərdən danışılır? Bunu halal yolla qazanan insanlar tək-tükdür. Bunları biabır etmək istəmirəm.
Bakıda Avropa Tolerantlıq Festivalı keçiriləcək
Oktyabrın 12-də Bakıda Avropa Tolerantlıq Festivalı keçiriləcək. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə reallaşacaq festival oktyabrın 20-dək davam edəcək. “Olaylar” bildirir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.


.jpg)











