Azərbaycanlı pianoçunun çıxışı Cenevrədə alqışlarla qarşılanıb - FOTO + VİDEO

Azərbaycanlı pianoçu Ləman Seyidovanın Cenevrə Konservatoriyasında çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov yazıb.

"16 yaşlı istedadlı azərbaycanlı ulduz Ləman Seyidovanın Cenevrə Konservatoriyasında möhtəşəm çıxışı ilə fəxr edirəm. Onun Mendelsonun 1 nömrəli fortepiano konsertinin ifasında Cenevrə Konservatoriyası Orkestrinin solisti kimi peşəkarlığı tamaşaçıların gurultulu alqışlarına səbəb olub", - deyə səfir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31