Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni VƏFAT ETDİ

Uzun illərdir Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Ruslan Pirverdiyev dünyasını dəyişib.

Olaylar.az milli.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkən müğənninin vəziyyəti dünən qəfil ağırlaşıb. 

Qeyd edək ki, R.Pirvərdiyev  1974-cü ildə Xaçmaz rayonunda dünyaya göz açıb. Bir müddət Azərbaycanda fəaliyyət göstərdikdən sonra Dərbənd  şəhərinə köçüb,  karyerasını teatrada aktyor və müğənni olaraq davam edib.  Göstərdiyi fəaliyyətə görə o, Dağıstanın Əməkdar artisti adına layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31