"Mənim siyasətim oxumağımdır"

Xalq artisti Faiq Ağayev istənilən deputatdan güclü olduğunu bildirib.

Olaylar.az milli.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi News24.az-a müsahibəsində deyib.

İfaçı "Deputat olmaq, siyasətə qatılmaq istəyirsinizmi" sualına özünəməxsus tərzdə cavab verib: 

"İstənilən deputatdan güclüyəm. Gəlsin biri Heydər Əliyev Sarayını doldursun, arxası ilə o qədər kütləni aparsın. Mənim siyasətim oxumağımdır. Seçki zamanı deputatlar bizə müraciət edir ki, seçicilərə şirin görünsünlər. Həyatımın hansısa dönəmində siyasətə qatıla bilərəm. Amma cari planlarıma daxil deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31