Gözlənilən baş tutdu - VİDEO

20 mart tarixində keçirilən "Səs Azərbaycan: Doğma nəğmələr" yarışmasının final mərhələsində qonaq qismində çıxış edən "Dərviş" band qrupunun ifası sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qrup, sözləri Məmməd Araza, musiqi isə Niyaməddin Musayevə məxsus olan məşhur "Dünya sənin, dünya mənim" mahnısını rok stilində ifa edib.

Olaylar.az metbuat.az-a istinadən xəbər verir ki, bu dəfə isə Niyaməddin Musayev "Dərviş" bandla birgə duet oxuyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31