“Səni həmişə və həmişəlik sevirəm” - FOTOLAR
14 Yanvar 2023 15:43 MusiqiAzərbaycanlı pianoçu Suada Hacızadə ilə evlənən Hollivud aktyoru Jan-Klod Van Dammın oğlu Kris Van Damm instaqramda həyat yoldaşı ilə yeni fotolarını paylaşıb.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, paylaşımında "Biz, nəhayət ki, bunu etdik" sözlərini yazıb. K. Van Damm, həmçinin #HappilyEverAfter həştəqini əlavə edib.
Fotoları şərh edən S. Hacızadə instaqramda bunları yazıb:
"Səni həmişə və həmişəlik sevirəm. İnşallah, hər şey möhtəşəm olacaq!".
Xatırladaq ki, Kris Van Damm və Suada Hacızadənin nikah mərasimi iyunun 16-da Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda olub.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31