Eldar Qasımov "Avroviziya” mahnı yarışmasına QAYIDIR
10 Dekabr 2022 22:16 MusiqiMüğənni Eldar Qasımov "Avroviziya" mahnı yarışmasına qayıdır.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu sənətçi özünün sosial media hesabında paylaşıb.
Bildirib ki, ona yarışmanın Azərbaycan nümayəndə heyətinin prodüseri olmaq təklif edilib:
"Bu dəfə peşəkar mənada yenidən ora qayıdıram. "Avroviziya-2023"-ə Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olmaq təklifini qəbul etdim".
Qeyd edək ki, Eldar müğənni Nigar Camalla birgə ifa etdiyi "Running scared" mahnısı ilə "Avroviziya-2011"in qalibi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31