"Ərdəbildə segah sözü vermisən, bu gün o borcunu qaytar" - Xalq artisti
10 Noyabr 2022 19:56 MusiqiXalq artisti Möhlət Müslümov səmimi açıqlamalar edib.
Olaylar.az olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi "Atv səhər"ə müsahibəsində danışıb.
"Xalq artisti Tofiq Bakıxanovla birgə Ərdəbilə münsif dəvət edilmişdim. Onlar mənim segahımı çox sevirlər. Orada biri çıxıb dedi ki, Möhlət müəllim, sən Ərdəbildə segah sözü vermisən, bu gün o borcunu qaytar. Dedim ki, bir tar tapın, çıxım 5-6 dəqiqə ifa edim. Tarı gətirdilər, səhnəyə çıxdım. Necə səhnədə özümdən getmişəmsə, xəbərim olmadan 26 dəqiqə segah çalmışam. Elə qulaq asırlar ki, adama, o səhnədə onların qarşısında ölmək istəyirsən", - deyə, Müslümov qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31