Fərqanə Qasımova oğlu ilə Cıdır düzündə duet oxudu - VİDEO
27 Avqust 2022 19:10 MusiqiRespublikanın Əməkdar artisti Fərqanə Qasımova 19 yaşlı oğlu Salehlə Cıdır düzündə mahnı oxuyub.
Olaylar.az xəbər verir ki, tanınmış xanəndə Fərqanə Qasımova bununla bağlı sosial şəbəkədə video paylaşıb.
Ana və oğul "Millətin nə fərqi var" adlı mahnını duet səsləndiriblər.
Məşhur xanəndənin istedadlı oğlu ilə bərabər Qarabağın, Şuşanın füsunkar təbiətinin qoynunda ifaları izləyicilər tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31