Xalq artisti yaşını gizlətmək üçün yalan danışdı - VİDEO
21 İyun 2022 20:37 MusiqiXalq artisti Cavan Zeynallı yaşını gizlətməyə çalışıb.
Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, "Günün sədası" proqramında aparıcı Nanə Ağamalıyeva ondan yaşını soruşub. Cazmen isə gah yaşını bilmədiyini, gah da pasportunu itirdiyini söyləyib:
"Mənim neçə yaşım olduğunu bilmirlər. Özüm də bilmirəm neçə yaşım var. 30 il əvvəl pasportumu itirmişəm. Gedəcəm polisə doğum haqqında şəhadətnaməmi göstərib, deyəcəm, baxın görün neçə yaşım var?".
Qeyd edək ki, vikipediyada C.Zeynallının 1945-ci ildə dünyaya gəldiyi yazılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31