"Avroviziya 2022" beynəlxalq mahnı müsabiqəsinin finalı başlayıb - CANLI

İtaliyanın Turin şəhərində 66-cı "Avroviziya 2022" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başlayıb.

Olaylar.az bildirir ki, finalda ümumilikdə 25 ölkə çıxış edəcək. Azərbaycan təmsilçisi Nadir Rüstəmli "Fade to black" mahnısı ilə səhnəyə 15-ci nömrə altında çıxacaq.

Nadir Rüstəmli müsabiqənin mayın 13-də keçirilən ikinci yarımfinalında səsvermədən sonra ilk onluğa daxil olaraq finalda mübarizə aparmağa haqq qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31