"Yaxın zamanlarda yeni lirikanın klipi çəkiləcək"

Bunu olaylar.az-a "Şəbnəm Butik"in açılış mərasimi ilə bağlı açıqlama verən Şəbnəm Tovuzlunun prodüsseri Şəhanə Ayazqızı söyləyib.

O bildirib ki, bu Şəbnəm xanımın, arzularından biri idi. Şükürlər olsun ki, arzusu yerinə yetdi. Qismət bu günə imiş, bu gün həyata keçirdi. Bilirsiniz ki, bizim 1-ci mərtəbəmizdə gözəl gəlinliklərimiz var. Bu gəlinliklərimiz də Türkiyədən məşhur bir modelyerin geyimləridir.

Ordan gətirilir. Davamlı olaraq gətiriləcəkdir. Şəbnəm xanımın salonunu seçən, xanımlara, gəlinlərə xüsusi bir endirim olacaq.

Həm gəlinlik baxımından, həm də makyaj. Paket olaraq xüsusi bir endirim olacaq.

Bu arada qeyd etmək istərdim ki, bu yaxında "Badə" mahnımız çıxdı. Artıq trendə birinci yerdədir. Çox sevildi bu mahnı. Yeni lirika var "Sirr qalsın". İnşallah yaxın zamanda o lirikanın klipi çəkiləcək və təqdim ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31