"Tezliklə yeni konsertlərimiz olacaq"- Elnarə Abdullayeva

Olaylar.az-a "Şəbnəm Butik"-in açılış mərasimi ilə bağlı fikirlərini bölüşən məşhur xanəndə Elnarə Abdullayeva bildirib ki, bu gün çox sevinclidir. Çünki Şəbnəm xanım bu məkanı açıb. Elə bil ki, Şəbnəm xanım özü üçün yox, mənim üçün açıb bu məkanı. Allah xeyirli, uğurlu, bol-bərəkətli etsin. Allah xətadan-bəladan, qəzadan uzaq etsin. Bu sənət aləmində hər bir insanın əldə etdiyi nailiyyətdir. Elə bilirəm ki, mənim nailiyyətimdir. Mən özümü xoşbəxt hesab edirəm. Çünki bu sənət aləmində hər kəs bütün işlərin ən gözəlinin, ən gözəlinə layiqdir. Bu günləri də sevə-sevə gəlmişəm.

Uzun müddətdir efirlərdə görünməyən Elnarə Abdullayeva məsələyə aydınlıq gətirərək bildirib ki, vallah o qədər işi var ki, həm şəxsi işləri var, həm də bir az Moskva konsertindən sonra xeyli yorulub.  Ona görə, bir az oyan-buyana çox qaçırdım. Amma, indi hər şey qaydasındadır.

O  yeni konsertləri barədə  də məlumat verib:

"Bilirsiniz ki, mən ən böyük konsertimi - Qələbə konsertimi Las Veqasda, Moskvada, Kurort Sitydə verdim. Amma bu yaxın ərəfələrdə təki hər şey qaydasına düşsün, konsert verməyi düşünürəm. Sözsüz ki, sənətkarın işi, xoşbəxtliyi konsert verməklədir. İnşallah hər şey qaydasına düşsün, yeni konsertlərimiz olacaq Allah qoysa."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31