Şəbnəm Tovuzlunun "Şəbnəm Butik"i açıldı - VİDEO

Bu gün Bakının Nərimanov rayonunda yerləşən, məşhur müğənni Şəbnəm Tovuzlunun yeni təsis edilmiş "Şəbnəm Butik"in açılış mərasimi keçirilib.

Açılış mərasimində bir neçə media nümayəndələri, tanınmış müğənnilər, rəsmi qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə məşhur aparıcı Afaq Gəncəli açıb. O da öz növbəsində müğənniyə öz arzularını bildirərək uğurlar arzulayıb.

Daha sonra isə müğənninin sənət dostlarına söz verilib. Hər biri Şəbnəm Tovuzlunun sevincinə şərik olaraq, ona öz ürək sözlərini bildirib, uğurlar arzulayıblar.

Mərasimin sonunda isə qonaqlara birgə,  ənənəvi olaraq tort kəsilərək, xatirə şəkilləri çəkdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31