"Bu mənim illərimin arzusu idi"
18 Aprel 2022 19:14 MusiqiOlaylar.az-a eksklüziv açıqlama verən müğənni Şəbnəm Tovuzlu bildirib ki, belə bir məkan açmaq mənim illərimin arzusu idi. Allaha qurban olum, Allah hamını arzusuna yetirsin, məni də arzuma çatdırdı.
"Çox şükür ki, gözəl sonluq oldu. Gözəl dostlarımın sayəsində hər şey çox əla oldu. Məkanın aşağısı kirayə gəlinliklərdi, idman geyimləridir. Üstü isə kosmetoloji yerdir. Salon xidmətləri bütün hər şey var. Bütün xanımları dəvət edirəm. İnşallah gözəl bir məkan kimi fəaliyyət göstərəcək. Sənət dostlarıma aiddir, istəyirəm ki, gözəl bir ab-havada bizim məkanda bəzənsin düzənsin getsin."
Müğənni bütün sənət dostlarından razılığını bildirərək qeyd etdi ki, kimləri dəvət etmişdisə hamısı gəldi. Hər birindən də razıyam, hamısına da təşəkkür edirəm.
Şəbnəm Tovuzlu həmçinin gələcək layihələri barəsində də məlumat verdi:
Əlbəttə ki, mənim arzumdur ki, yeni-yeni layihələr, filiallar lazımdır. İnşallah ki, qısa bir zamanda yerinə yetər.