Mətanət Əsədova komaya düşdü
14 Aprel 2022 19:56 MusiqiÖtən gün əməliyyat olunan müğənni Mətanət Əsədovanın səhhəti yaxşı deyil.
Olaylar.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlama verən və özünü Mətanət Əsədovanın yaxını kimi təqdim edən şəxs onun hazırda komada olduğunu bildirib:
"Vəziyyəti yaxşı deyil, komadadır".
Qeyd edək ki müğənni "narkoz"dan qorxduğunu və bu səbəbdən illərdir əməliyyatı təxirə saldığını bildirmişdi. Müğənninin hansı əməliyyat keçirdiyi isə hələlik məlum deyil. "Bizə icazə vermirlər məlumat verməyə, özü ayılar məlumat verər, inşallah" deyə ifaçının yaxını bildirib.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31