"Ad günümdə maşın hədiyyə etdilər" - Cavanşir Məmmədov
25 Mart 2022 21:46 MusiqiƏməkdar artist Cavanşir Məmmədov avtomobil kolleksiyasına daha birini əlavə edib.
Olaylar.az xəbər verir ki, bu barədə sənətçi "Həmin Zaur" proqramında danışıb. Müğənni avtomobilin ona ad günündə dostlarının hədiyyə etdiyini bildirib:
"Ayın 15-də ad günüm idi. İki dostum gecə zəng etdi ki, səhər bir yerə gedəcəyik. Məni maşın salonuna apardılar. Avtomobilin pulunu verdilər, sənədlərinin də adıma keçirilməsini tapşırdılar. Bahalı avtomobil deyildi, 4 qapılı "Niva" idi. Onlar bilirlər ki, eksklüziv avtomobilləri sevirəm. 20 il əvvəl də "Qaz 31" limuzin hədiyyə etmişdilər. Dedim, pulun yarısın mən verim, qoymadılar. 24 min manata aldılar".
axsam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31