“Xanımım və oğlum Moskvada qalıb” - Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə Rusiyada uçuşların dayandırılmasından danışıb.

Olaylar.az bildirir ki, axşam.az-a açıqlama verən ifaçı bildirib ki, həyat yoldaşı Sevinc xanım və oğlu Əziz Moskvada qalıb:

"Ayın 6-da Bakıya uçmalı idilər. Bir gün qalmış uçuşlar dayandı, qaldılar orada. Onlar üçün narahatam. Mənim toyum təxirə düşmədi. Moskva oxuyanı olmamışam. Şəhər toylarına gediröm. Rusiya toylarına gec-gec gedirəm, öz tamaşaçım var orada. Sənət dostlarımın toyları qaldı. Nə qədər həmyerlimiz qaldı. Müharibə olmasın. Əsas xalqımız salamat olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31