“Manaf, sən ürəksən” - Nadirdən dəstək

Müğənni Nadir Qafarzadə bu gün həbs olunan həmkarı Manafa Ağayevlə bağlı paylaşım edib.

Olaylar.az xəbər verir ki, ifaçı Ağayevlə birgə çəkilən fotosunu instaqramda yerləşdirib.

O, Manafın ünvanına "Dəyərli dost, yaxşı sənətkar, sən ürəksən" sözlərini yazıb.

Qeyd edək ki, M. Ağayev işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla keçdiyi üçün 15 günlük azadlıqdan məhrum edilib.

olay.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31