Azərbaycanlı aktyor Kirkorovun klipində - VİDEO
16 Dekabr 2021 19:01 MusiqiAzərbaycanlı aktyor İmran Çələbi Rusiyanın Xalq artisti Filipp Kirkorovun "Yaralı" mahnısına çəkilən klipin çəkilişlərində yer alıb.
Olaylar.az xəbər verir ki, sözügedən bəstə dekabrın 16-da ekranlara çıxacaq "Yolki 8" filminin saundtreki olub.
Layihədə əsas qəhrəman Kirkorovdur və o, filmin qəhrəmanlarından birinin toyunda çıxış edib.
Kadrlarda dördüncü dəfə filmdə İvan Urqantın oğlunu canlandıran doqquz yaşlı azərbaycanlı İmran da əks olunub.
Qeyd edək ki, kinoda İvan Urqant, Sergey Svetlakovla yanaşı Nikita Efremov, Daria Moroz, Anna Çipovskaya, Viktoriya Aqalakova, Stas Starovoitov, Evgeni Kulik və başqaları yer alıb.
Mənbə: milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31