“Nadir Qafarzadə dünyasını dəyişdi”

Tanınmış aparıcı Zaur Kamal özünü xəbər aparıcısı kimi sınamaq istəyib.

 Z.Kamal "Həmin Zaur"verilişində  xəbər aparıcısı kimi müğənni Nadir Qafarzadənin gələcəkdə ölüm xəbərini belə səsləndirəcəyini bildirib:

"Azərbaycan incəsənətinə ağır itki üz verib. Hörmətli tamaşaçılar, Nadir Qafarzadə 99 yaşında dünyasını dəyişib".

N.Qafarzadə isə ona gülərək cavabında bu sözləri deyib:

"Qarğışın başına düşsün, Zaur. Məni camaatdan niyə bezikdirirsən? Ailəni, qohumu, gəlini, nəvəni - hər kəsi bezdirəcəm. 99 yaşımda kimə lazımam? Heç özümə lazım deyiləm. Maksimum 70-75 il yaşamaq istəyirəm. İndi yaşlı insanlar əziyyət çəkir. Düzdür, Allahın yazısıdır".

 Qeyd  edək ki, aparıcı Zaur Kamal 50-60 yaşında xəbər aparıcısı olmaq istədiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31