"O toyda necə oxudumsa, bir Allah bilir" - VİDEO
23 Noyabr 2021 18:35 MusiqiBir müddət əvvəl müğənni Zenfira İbrahimovanın anası dünyasını dəyişib. Valideyninin yeddisi çıxmadan Rusiyada toy məclisində iştirak edən Zenfira ictimai qınağa məruz qalmışdı.
Ölkə.az xəbər verir ki, "Təsir dairəsi" proqramına qatılan ifaçı həmin toy məclisində oxuduğunu təsdiqləyib:
"8 ay əvvəl bir nəfər məni müğənni kimi övladının toyuna dəvət etdi və buna görə mənə beh vermişdi. 3-4 gün olardı, anam rəhmətə getmişdi. Bu insan mənə zəng edib dedi ki, "qızım, mən anamı çox erkən itirmişəm, atamın isə uzun illərdi nə ölüsündən, nə dirisindən xəbərim yoxdu. Mənim öz toyum olmayıb, övladım üçün əhd eləmişəm. Mən bilirəm ki, sənin dərdin, yükün ağırdır, amma istəyirəm, bu toyda sən iştirak edəsən". O toyda necə oxudumsa, bir Allah bilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31