Afaq Aslan: “Kamran Ağayevi çox xarizmatik hesab edirəm"

Həmişə maraqlı çıxışları, geyimi ilə şou-biznes gündəmində olan Afaq Aslan futbolla bağlı da bir sıra açıqlamaları ilə diqqət mərkəzinə düşüb. Görünür, müğənni idmanın bu növünü yaxından izləyir. Bu səbəbdən də Offsideplus.az olaraq Afaq Aslanla əlaqə saxladıq. Sənətçi ilə futbola olan marağından söhbətləşdik...

Sizcə, Azərbaycanda ən yaraşıqlı futbolçu kimdir?
- Kamran Ağayevi çox xarizmatik hesab edirəm.

Bəs ölkə xaricində hansı futbolçunu bəyənirsiniz?
- "Liverpul"un üzvü Məhəmməd Salah xoşuma gəlir. Braziliyalı Marselo da çox xarizmatikdir.

- Hansısa futbolçudan təklif gəlsə, ailə həyatı qurarsınız?
- Bu haqda düşünməmişəm. Çünki futbol elə sahədir ki, oyunçular bəzən öz ailələrinə ayıracaq vaxt tapmırlar.

Ronalda haqda demişdiniz ki, zövqümcə deyil. Hələ də bu fikirdəsiniz?
- Lionel Messi ürəkdir. Mənim Ronaldo ilə bağlı hansısa neqativ düşüncəm olmayıb. Sadəcə, saytlar öz reytinqləri xatirinə hansı başlığı istəyirlər, yazırlar.

Hansı futbol klubuna azarkeşlik edirsiniz?
- Heç birinə.

Mənbə: offsideplus.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31