Xalq artisti Sami Yuiflə bir yerdə konsertdə: “Sanki nağıllar aləmindəydik...” (VİDEO)
30 Oktyabr 2021 21:50 MusiqiXalq artisti, muğam ifaçısı Təyyar Bayramov Cənubi Azərbaycandan olan və Londonda yaşayan müğənni Sami Yusifin konsertində ifaçı olaraq iştirak edib.
Bu haqda Qaynarinfo-ya xanəndənin özü məlumat verib. Təyyar Bayramov bildirib ki, konsertdə Azərbaycanla yanaşı Hindistan, Pakistan, Çin, Türkiyə və başqa ölkələrdən qonaqlar iştirak edib:
"Konsert oktyabrın 22-23 Dubayda keçirilib. Möhtəşəm bir konsert idi. İstər konsertin repertuarı, istər ifaçılar, istərsə də konsert salonunun görnüşü fərqli idi. Salon deyildi, sanki nağıllar aləmindədik. Sami Yusif konsertdə mənə "Azərbaycan ifaçısı Təyar Bayramov" deyə səsləndi. Sonra da tamaşaçılara Azərbaycan haqqında xoş sözlər səsləndirdi. Bu da bir ifaçı olaraq məni sevindirdi".
Təyyar Bayramov üzərinə düşən missiyanı fəxrlə yerinə yetirdiyini deyib.





