"Ağır xasiyyətli kişiləri çox sevirəm" - Türkan Vəlizadə
29 Oktyabr 2021 19:31 Musiqi"Çox istəyərəm ki kişinin birinci növbədə insanlığı olsun, insanı başa düşsün. İkinci növbədə ağır xasiyyətli kişiləri çox sevirəm".
Olaylar.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə deyib. O, kişilərdə görmək istədiyi xüsusiyyətlərdən söz açıb:
"Kişi bildiriməlidir ki, bu evdə kişi var. Yumruğunu stola vurmalıdır. Çünki bu neçə illər ərzində bütün yüklər öz çiynimdə olduğu üçün - təbii ki madiyyatdan söhbət getmir - istəyərəm həyatımda elə bir insan olsun ki, mənə çəkdiyim çətinliklərin hər birini unutdursun",- deyə müğənni söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31