Afət Fərmanqızı: "Mən toya hamballığa gedirəm!" - VİDEO
18 Oktyabr 2021 23:30 Musiqi"Əziz dostlar, hərdən aqressiya ilə yazırsınız ki, "Afət xanım, şəhidlərimiz var, eyib deyilmi, siz toylarda oxuyursunuz?" Sizə qurban... Toyu edən sizsiniz, mən deyiləm".
Ölkə.Az xəbər verir ki, bunu müğənni Afət Fərmanqızı onun ünvanına söylənilən tənqidlərə münasibət bildirərkən deyib.
"Mən toya hamballığa gedirəm. Necə ki müəllim məktəbə gedir, həkim əməliyyata gedir, bu da mənin peşəmdir. Dolanışığımı təmin edən olsa, toya getmərəm", o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31