Nadir Qafarzadədən ŞOK AÇIQLAMA: "Azərbaycan vətəndaşı olmağımdan utanıram" - VİDEO

Müğənni Nadir Qafarzadə bir sıra mədəniyyət işçilərinin, həmçinin həmkarlarının fəxri ad almasından sonra öz etirazını bildirib.

Publika.az xəbər verir ki, Nadir Qafarzadə öncə həmkarları Elton Hüseynəliyev və Xəyyam Nisanovu "Əməkdar artist" fəxri adı almaları münasibəti ilə təbrik edib. Müğənni özünə qarşı haqsızlıq edildiyini sərt şəkildə bildirib:

"Azərbaycan vətəndaşı olmağımdan, haqsız ölkənin vətəndaşı olmağımdan utanıram. Siz fəxr edin, mənsə fəxr etmirəm. Çünki bu ölkədə haqsızlıq var, ömür boyu pul, tanışlıq, "day-day", kimin oğlusan, kim göndərib və. s. Bunların şahidi olmuşam, heç nədən qorxmadan, utanmadan deyirəm. Haqsız ölkə, heç vaxt da düzəlməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31