Tanınmış müğənninin oğlu "Səs Azərbaycan"da - VİDEO
16 Oktyabr 2021 18:33 Musiqi"Xalq ulduzu" yarışması ilə tanınan Eldəniz Məmmədovun oğlu Kamran Məmmədov "Səs Azərbaycan" yarışmasına qatılıb.
Axşam.az xəbər verir ki, o, "Mor ve otesi" qrupunun "Deli" mahnısını oxuyub. Onun ifasına münsiflərdən yalnız Eldar Qasımov dönüb.
20 yaşlı Kamran Eldənizin oğlu olduğunu bildirib. Kamran yarışmaya Eldarın komandasında davam etdirib.
Qeyd edək ki, yarışmada münsif kürsüsündə Xalq artistləri Brilliant Dadaşova, Tünzalə Ağayeva və müğənni Murad Arif yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31