Emin Ağalarovdan 1 milyonluq yardım - FOTO
12 Oktyabr 2021 18:59 MusiqiXalq artisti Emin Ağalarov xeyirxah addımı ilə gündəmə gəlib.
Sənətçi Kirov şəhərində SMA-dan (sinir-əzələ xəstəliyi) əziyyət çəkən uşağa yardım edib. Bu haqda sənətçi özü məlumat verib.
Xalq artisti müalicəyə ehtiyacı olan körpənin kart hesabına xeyriyyə məqsədilə təşkil edilən konsertindən 1 milyon rubl (23 min AZN) ianə bağışlayıb.
Emin Ağalarov onun tam sağalması üçün hələ 137 milyon rubldan (3 milyon 246 min AZN) çox pula ehtiyac olduğunu bildirib.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31