Dörd münsifi də heyran qoyan azərbaycanlı aktyor - VIDEO

"Səs Azərbaycan" musiqi yarışmasının növbəti buraxılışında diqqət çəkən iştirakçılardan biri aktyor Hidayət Əliyev olub.

Metbuat.az xəbər verir ki, o, gecədə "SOSun terrien en detresse" mahnısını səsləndirib. Hidayətin ifasına elə ilk məqamlarda dörd münsif də dönüb. Onlar ifaçının səsinə heyran qaldıqlarını gizlətməyiblər.

Hidayət yarışmanı Xalq artisti Tünzalə Ağayevanın komandasında davam etdirmək istədiyini bildirib.

Qeyd edək ki, H.Əliyev Akademik Milli Dram Teatrında çalışır.

Xatırladaq ki, aparıcılığını Azər Süleymanlının etdiyi "Səs Azərbaycan"ın digər münsifləri Xalq artisti Brilliant Dadaşova, müğənnilər Eldar Qasımov və Murad Arifdir.\

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31