Günel 23 illik xəyalını gerçəkləşdirir

Türkiyədə yaşayan müğənni Günel Zeynalova 23 illik arzusunu gerçəkləşdirəcək.

Axşam.az  bildirir ki, sənətçi İstanbulda konsert verəcək. Bu haqda Günel türk mediasına açıqlamasında deyib.

Alış-veriş edərkən obyektivlərə tuş gələn sənətçi "Xəyalımı gerçəkləşdirəcəm. İstanbulda ilk dəfə səhnəyə çıxacam. Bunun həyəcanını yaşayıram" deyə, söyləyib.

Günel konsertin oktyabrın 9-da gerçəkləşəcəyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31