Nigar Şabanova XTQ hərbçisi olan nişanlısı ilə FOTOSUNU PAYLAŞDI: Nə yaxşı ki...
5 Oktyabr 2021 19:57 MusiqiƏməkdar artist Nigar Şabanova sosial media hesabı üzərindən nişanlısı ilə fotosunu paylaşıb.
Metbuat.az xəbər verir ki, bu gün ifaçının XTQ hərbçisi olan nişanlısının doğum günüdür. Nişanlısını təbrik edən Nigar paylaşımın altına bu sözləri qeyd edib:
"Düşmənin üzü həmişə qara olsun, sənin üzünü paylaşa bilmirəm. Bu gün xidmətdəsən, təəssüf ki, özəl gününü qeyd edə bilmədik. Özün demiş, öncə vətən. Doğum günün mübarək, həyatımın nuru. Fəxrim, qürurum. Sənə can sağlığı, uzun ömür arzu edirəm. İşində uğurlar diləyirəm. Səni dünyaya gətirən ananın əllərindən öpürəm. Nə yaxşı ki varımsan, xoş gəldin dünyaya və dünyama".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31