Şəbnəm Tovuzlu 3 bacıya əlil arabası bağışladı - VİDEO
3 Oktyabr 2021 06:35 MusiqiMüğənni Şəbnəm Tovuzlu xeyirxah addımı ilə diqqət çəkib.
Sənətçi "Bizimləsən" proqramına yardım almaq üçün müraciət edən Zülfiyyə, Gültəkin və Minayə bacılarına əlil arabaları bağışlayıb.
7 yaşlarından yeriyə bilməyən bacıların sadəcə bir əlil arabaları olub.
"Bizimləsən"ə qonaq olan Şəbnəm bacıların onun fanatı olduqlarını və onları bir dəfə də gəzməyə apardığını qeyd edib:
"Onları ziyarət etdim. Mənə dedilər ki, biz uzun müddətdir şəhərə getmirik. Mən də öz avtomobilimlə onları aparıb gəzdirdim".
Mənbə: BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31